Türkiyə vitse-prezidenti Amreyevlə görüşdü

21.02.2021 01:01     Dünyadan reaksiya     29

Türkiyə vitse-prezidenti Fuad Oqtay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Reaksiya.az xəbər verir ki, görüşdə B. Amreyev şuranın martın 31-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək sammiti barədə F.Oqtaya ətraflı şəkildə məlumat verib.

Amreyev Türk Şurası ilə Türkiyə arasında əldə olunan iqtisadi əməkdaşlığın eyni zamanda, türk dünyasının siyasi birliyinə də xidmət etdiyini bildirib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər