Çavuşoğlu Özbəkistan XİN rəhbəri ilə Qarabağı müzakirə etdi

09.03.2021 13:20     Dünyadan reaksiya     379

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilov ilə görüşündə Dağlıq Qarabağı müzakirə edib.

 Bu barədə Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu gün bir daha kommunikasiya xətlərinin gücləndirilməsi, müdafiə sənayesi və hərbi təhlükəsizlik əlaqələrimizi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığımız və digər sahələrdəki əlaqələrimizi müzakirə etmək imkanımız oldu. Bununla yanaşı Əfqanıstan, Dağlıq Qarabağ, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi regional və beynəlxalq məsələləri müzakirə etdik və bu sahələrdəki əməkdaşlığımızı genişləndirmək barədə razılıq əldə etdik”,- deyə Çavuşoğlu qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar