Zod mədəninin işğaldan azad edilməsi Ermənistana öz təsirini göstərib - Paşinyanın sonrakı ağlı

11.03.2021 12:29     Dünyadan reaksiya     72

Ermənistan iqtisadiyyatı çətin vəziyyətdədir və bu, Nikol Paşinyanı Amulsar layihəsini yenidən xatırlamağa vadar edib. Özünün və hökumətinin mütləq fəaliyyətsizliyi üzündən bu vəziyyətə düşən bir layihədir. Hakimiyyətə gəldikdən sonra Paşinyan və onun rəhbərlik etdiyi siyasi komanda Amulsar mədəninin istismarı layihəsinin çıxılmaz vəziyyətə düşməsi üçün əllərindən gələn hər şeyi etdilər.

Təxminən 3 ildir ki, hökumət milyonlarla dollarlıq layihənin gələcəyi ilə bağlı ağlabatan bir qərar vermək üçün məsuliyyəti öz üzərinə götürməyə cəsarət tapa bilmədi.


Layihənin həyata keçirilməsini 3 ilə yaxın bir müddətdə qeyri-müəyyənlikdə saxlayan Nikol Paşinyan Ermənistan iqtisadiyyatına və xüsusilə investisiya mühitinə böyük zərbə vurub. Nəticədə, ölkənin investisiya nüfuzu, əgər bundan bir şey qalıbsa ciddi şəkildə sarsılıb.

Yüz milyonlarla dollar dəyərində bir proqramın qadağan olunması, xüsusən xarici investorları laqeyd qoymayıb. Son 3 ildə Ermənistana hər hansı ciddi bir investisiyanın gəlməməsi təəccüblü deyil. İndi, hakimiyyətin məsuliyyətsiz davranışı nəticəsində iqtisadiyyatın və ölkənin maliyyə sisteminin çətin günlər yaşadığı bir məqamda, Nikol Paşinyan yenidən Amulsar mədənini xatırladıb. O deyir ki, Amulsar mədəninin istismar ehtimalı yüksəkdir: “Belə bir ehtimal var, bəli, böyük ehtimal olduğunu deyə bilərik”

Üç il ərzində Nikol Paşinyan nəhayət başa düşüb ki, mədən sənayesi ölkənin valyuta axınlarının təmin edilməsində mühüm rol oynayır. Ancaq 3 ildə bunun üçün heç bir şey və ya demək olar ki, heç nə edilmədi. Təsadüfi deyil ki, həm əvvəllər, həm də indi Ermənistanın ixracatı və valyuta axınlarının təmin edilməsi yeraltı qazıntıların, mineralların ümidinə qalıb.

“Yeri gəlmişkən, Amulsarla əlaqəli olaraq təhlükəsizlik komponentini çox vacib hesab etdiyimi xatırlatmaq istərdim, baxın biz müharibə vəziyyətindəyik, müharibə başlayanda ölkəmizə turist axını davam etməyəcək deyirdim. O zaman valyuta problemləri ilə qarşılaşa bilərik. Belə olan vəziyyətdə, ölkə üçün valyuta axınlarına zəmanət verən konkret sahə mədən sənayesidir. Zaman bunu göstərdi”, - deyə Nikol Paşinyan bildirib.

Hakimiyyətə gəlməzdən əvvəl və sonra sələflərini mineralları amansız istismarda günahlandırmaq fürsətini qaçırmayan bir adam, indi minerallar istismar olunmadan yola getməyin mümkün olmayacağını bəyan edir.

“Müasir sivilizasiyanın ortaq düşüncəsi təbii ehtiyatlardan ağıllı istifadənin qaçılmaz olmasıdır. Bu mənbələrin istifadəsi ehtiyatlı olmalıdır ki, ətraf mühitə dəyən zərərin təsirləri idarə olunan olsun. Bu, əlbəttə ki, çox birbaşa desək, çox acı bir qeyddir, amma alternativi olmayan bir qeyddir”.

Səfər ona nə qədər baha başa gəlsə də, bu barədə açıqlama vermək üçün Nikol Paşinyan, xüsusi olaraq Ətraf Mühit Nazirliyinə gedib. Üçüncü binaya və ya hökumət binasından cəmi 150-200 metr məsafəyə getmək üçün böyük bir polis ordusunu küçəyə çıxarmalı olmuşdu. Bu açıqlama göstərir ki, Nikol Paşinyanın mineralların Ermənistan iqtisadiyyatındakı yerini və rolunu başa düşməsi təxminən 3 il vaxt tələb edib. Keçən il, erməni iqtisadiyyatının demək olar ki, bütün ixrac oluna bilən sektorları tənəzzülə uğradığında, yalnız mədən sənayesi böyüyürdü və bu da iki rəqəmli böyümə idi.

Minarallar həmişə Ermənistan iqtisadiyyatı üçün mühüm rol oynayıb və keçmişdə Nikol Paşinyan tərəfindən irəli sürülən ittihamlara baxmayaraq, hakimiyyəti dövründə bu rol heç bir şəkildə azalmayıb.

Son illər Ermənistanda mineralların istismarı misli görünməmiş həcmlərə çatıb. 2019-cu ildə bu sahədəki böyümə 20% artıb. Keçən il böyümə nisbətən daha az olsa da, amma yenə də cüt rəqəm, yəni 12% -dən çox olub. Baxmayaraq ki, bu azalma Ermənistan tərəfindən mineralların istismarı, çıxarılmasını məhdudlaşdırmaq qərarına gəldiyinə görə baş verməyib. Sadəcə Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dönəmdə Zod mədəni ətrafında yaranan problemlər öz təsirini göstərib.

Nəticədə, mədən sənayesi ilin sonunda artımını itirdi. Bu gün də bu artımdan məhrum olaraq qalır.

Paşinyanın Amulsarı yenidən xatırlamasının səbəbi budur. Xüsusilə mədən sənayesinin yalnız iqtisadi deyil, həm də büdcə daxilolmaları baxımından əhəmiyyəti olduğuna görə Paşinyanın yadına düşüb.

Büdcə vəsaitlərinin demək olar ki, 10%-i həmin sektordan gəlir. Zod mədəni ilə əlaqədar olaraq Ermənistanda mədən hasilatının azalması gözlənilir ki, bu da büdcə gəlirlərinə təsir edəcək. Artıq maliyyə qaynaqlarının təmin edilməsində ciddi problemlərlə üzləşən büdcə, keçən il gəlirlərdə azalma ilə əks olundu. Bu ilin əvvəlləri də müsbət gözləntiyə sahib deyil.

Amulsar layihəsinin həyata keçirilməsi, əlbəttə ki, indiki şəraitdə bir xilas yolu ola bilər. Ancaq Paşinyan hökumətinin cəsarətinin buna nə dərəcədə çatacağı hələ də sual altındadır.(ordu.az)
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar