Çavuşoğludan Qarabağ açıqlaması - Ermənistana açığıq

11.03.2021 12:38     Dünyadan reaksiya     364

“Bizim qapımız Ermənistana da açıqdır”.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Qırğızıstan-Türkiyə Manas Universitetində etdiyi çıxışında Qafqazda daimi sülhün mümkün olduğunu vurğulayan M.Çavuşoğlu ölkəsinin qapısının Ermənistan daxil olmaqla, bu təmənnanı paylaşan hər kəsə açıq olduğunu bildirib: “Azərbaycanın Qarabağı işğaldan azad etməsi Türk dünyası tərəfindən yaxından izləndi. Azərbaycanın mübarizəsində yalnız qardaşlıq bağlarımız səbəbilə deyil, haqlı və qanuni olduğu üçün dəstəklədik. Artıq bölgəmizin taleyinin dəyişməsi, Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi mümkündür”.

Reaksiya.az

Şərhlər