Əsədin əsgərləri tələyə düşdü - 21 ölü

17.03.2021 00:46     Dünyadan reaksiya     401

Suriyanı Dəra şəhərinin əl-Mizairib bölgəsində rejimə məxsus hərbi konvoyun müxaliflər tərəfindən atəşə tutulması nəticəsində 21 hərbçi ölüb, xeylisi isə yaralanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzinin rəhbəri Rami Əbdül Rəhman məlumat verib.

Ə.Rəhman bu hücumdan sonra əraziyə əlavə rejim qüvvələrinin göndəriləcəyini istisna etməyib.

Qeyd edək ki, əl-Mizairib müxaliflərindən nəzarətində olan bölgələrdən biridir.

Reaksiya.az

Şərhlər