Kamçatka sahillərində güclü zəlzələ

17.03.2021 00:49     Dünyadan reaksiya     43

Kamçatka sahillərində 6,9 bal gücündə zəlzələ olub.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 337 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 57 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.

 

Sunami təhlükəsi elan edilməyib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar