Polşa lokdaun tətbiq edəcək

17.03.2021 21:08     Dünyadan reaksiya     555

Polşanın bütün ərazisində şənbə günündən etibarən lokdaun tətbiq ediləcək.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Adam Nedzelski mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bundan əvvəl koronavirus infeksiyasına yoluxmada artım səbəbindən ölkənin yalnız bir neçə əyalətində tətbiq olunan lokdaun artıq bütün əyalətlərə şamil olunacaq.

Teatrlar, kinoteatrlar, alış-veriş mərkəzləri, mehmanxanar bağlanacaq, məktəblər onlayn tədrisə keçəcək.

Reaksiya.az

Şərhlər