FED dollarla bağlı qərar VERDİ

17.03.2021 22:32     Dünyadan reaksiya     56

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ikinci iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

Xatırladaq ki, FED cari ildə yanvarın 27-də keçirilən ilk iclasında uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Qeyd olunurdu ki, komitə (Açıq bazarda əməliyyatlar üzrə) əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar