Dünyada son sutkada koronavirusa 406 mindən çox yoluxma qeydə alınıb

18.03.2021 01:04     Dünyadan reaksiya     52

Dünyada son sutka ərzində 406 980 nəfər koronavirusa yoluxub, 7 492 nəfər ölüb. 

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 120 383 919 yoluxma hadisəsi, 2 664 386 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (196 594) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (119 728) ilə Şərqi Aralıq dənizi bölgəsi (39 472) bölüşür.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar