Lavrov: Ermənistan sınaqdan çıxmış müttəfiqdir

06.05.2021 13:52     Dünyadan reaksiya     590

2020-ci ildə ticarət dövriyyəsinin cüzi azalmasına baxmayaraq, Rusiya hələ də Ermənistanın aparıcı tərəfdaşı və investorudur.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

O, hər iki ölkənin zamanın sınağından çıxmış müttəfiqlər olduğunu bildirib.

Lavrov cari ildə iki ölkənin liderlərinin iki dəfə üz-üzə görüşdüyünü, 8 dəfə isə telefonla danışdığını bildirib.

Reaksiya.az

Şərhlər