İsraildə sinaqoqun tribunası çökdü - 2 ölü, 219 yaralı - VİDEO

17.05.2021 11:22     Dünyadan reaksiya     553

İsrailin Qivat-Zeev qəsəbəsində sinaqoqun tribunası çöküb.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, xeyli sayda insan yaralanıb. “Maqen David Adom” təcili yardım xidmətinin işçiləri 60-dan çox şəxsə tibbi yardım göstərdiklərini bildiriblər. Onlardan 10-nun vəziyyəti ağırdır.

İnsident zamanı sinaqoqda 600-dən çox şəxsin olduğu bildirilir.

Hadisə nəticəsində ölənlərin sayı artaraq 2 nəfərə çatıb. 

Ölənlərdən biri 12 yaşlı oğlan, digəri 40 yaşlı kişidir. Bundan əlavə, yaralıların sayı artaraq 167 nəfər olub. 

Yaralıların sayı artaraq 219 nəfər olub. Onlardan 15 nəfərin vəziyyəti ağırdır.

Reaksiya.az

Şərhlər