Türkiyə HHQ 110 yaşını qeyd edir

01.06.2021 14:42     Dünyadan reaksiya     424

Qurulduğu gündən bu günə kimi ixtisaslı kadrları, müasir texnologiyası və nailiyyətləri ilə qürur mənbəyi olan Hərbi Hava Qüvvələrimizi yaradılmasının 110 illiyi münasibətilə təbrik edirəm.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Türk Silahlı Qüvvələrinin ən vacib ünsürlərdən biri də Hava Qüvvələrimizdir. İstənilən səviyyədə müstəqil, müştərək və ortaq əməliyyatlar aparmağı bacaran, bölgəsindəki hər cür təhdidlərə qarşı dayanıqlığı təmin etmək qabiliyyətinə sahib olan Hərbi Hava Qüvvələrimizin terrorla mübarizə əməliyyatında, Şərq Aralıq dənizindəki hüquqlarımızın, maraqlarımızın və mənafelərimizin müdafiəsindən humanitar yardım fəaliyyətlərinə qədər əldə edilən uğurlarda böyük payı var”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar