Azərbaycanla Ermənistan arasında sülh... - Makron

01.06.2021 16:47     Dünyadan reaksiya     456

 

Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.

“ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” – deyə, dövlət başçısı qeyd edib.

Tərəflər arasında danışıqların gündəliyində iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə Ermənistana humanitar yardım məsələləri də var.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar