Türkiyədə dəhşətli qəza: - 9 nəfər öldü

03.06.2021 12:58     Dünyadan reaksiya     365

Türkiyənin Sivas şəhərinin Gölova rayonunda iki avtomobil toqquşub.

Reaksiya.az xəbər verir ki, bu barədə Sivas valisi Salih Ayhan bildirib.

O qeyd edib ki, qəza nəticəsində 9 nəfər ölüb:

"Həyatını itirənlərdən 3-ü azyaşlıdır. Avtomobillərin birində 6 nəfər, digərində isə 3 nəfər olub. Uşaqlardan biri yaş yarım, biri 5, digəri isə 15 yaşında olub. Maşınlardan biri əks istiqamətdəki yola keçərək qarşıdan gələn avtomobillə toqquşub. Qəzanın başvermə səbəbləri araşdırılır".

Reaksiya.az

Şərhlər