Bolqarıstanda MiQ-29 qəzaya uğradı, təlim dayandı

09.06.2021 15:33     Dünyadan reaksiya     295

Bolqarıstan Silahlı Qüvvələrinə məxsus MiQ-29 tipli döyüş təyyarəsi Qara dənizin Şabla burnu sahillərində qəzaya uğrayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 00:45-də təlim uçuşu həyata keçirən döyüş təyyarəsi ilə əlaqə kəsilib. Pilotun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Bolqarıstan Baş naziri Stefan Yanev və müdafiə naziri Corci Panayotov qəzanın baş verdiyi əraziyə gedib.

Qəzaya uğrayan təyyarə "Beynəlxalq Şabla-2021” hərbi təlimində iştirak edirmiş.

Qeyd edək ki, təyyarə qəzası səbəbindən təlimlər dayandırılıb.

Reaksiya.az

Şərhlər