MDB ortaq HHM sisteminin təlimlərini müzakirə edir

09.06.2021 15:39     Dünyadan reaksiya     387

MDB ölkələrinin Baş Qərargah rəisləri hava hücumundan müdafiə üzrə birləşmiş sistemin təliminin keçirilməsini müzakirə edəcəklər.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Baş Qərargaha rəisi Valeri Gerasimov deyib.

“Bugünkü iclasın gedişində biz MDB-də hərbi-siyasi vəziyyəti müzakirə edəcəyik, hava-kosmik müdafiənin qurulması məsələlərinə baxacağıq, MDB hava hücumundan müdafiə üzrə birləşmiş sistemin təlimini müzakirə edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, görüş Sankt-Peterburqda keçirilir. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan hərbi nümayəndələri iştirak edir.

Azərbaycan MDB-nin hava hücumundan müdafiə üzrə birləşmiş sisteminə daxil deyil.

Reaksiya.az

Şərhlər