Paşinyanın səs yazısını Sarkisyana Araik ötürüb

10.06.2021 11:17     Dünyadan reaksiya     379

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla bağlı yaydığı səs yazısının nə zaman qeydə alındığı bəlli olub.

Reaksiya.az xəbər verir ki, “Qraparak” qəzeti öz mənbələrinə istinadən səs yazısının 2019-cu ilin noyabr ayına aid olduğunu yazıb. İddia edilib ki, səs qeydi Paşinyanın Qarabağ separatçısı Araik Arutyunyanın partiyasının üzvləri ilə görüşü zamanı yazılıb. Paşinyan onlara Soçidə Belarus, Qazaxıstan, Rusiya liderləri ilə görüşün detalları barədə məlumat verib.

Görüşdə iştirak edən separatçılardan biri səsi yazaraq, Sərkisyana ötürüb.

Qeyd edək ki, bundan öncə səs yazısının 2018-ci ilin mayında Soçidə qeydə alındığı bildirilmişdi.

Səs yazısını yaymaqla Paşinyanı vurmaq istəyən Sərkisyan özü pis duruma düşüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar