Türkiyədə hərbi hissəyə hücum: şəhid var

10.06.2021 11:27     Dünyadan reaksiya     64

PKK terrorçuları Türkiyənin Siirt şəhərinin Pərvari rayonunun Doğan kəndində yerləşən Jandarma Komandanlığının nəzarətindəki “Dəyirmandaşı” hərbi hissəsinə hücum edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Siirt Valiliyi məlumat yayıb.

İri çaplı silahlarla edilən atəş zamanı hərbi hissənin təhlükəsizlik əməkdaşı şəhid olub, digəri isə yaralanıb.

Qeyd edək ki, bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Reaksiya.az

Şərhlər