Hindistanda koronaya məbəd tikildi

14.06.2021 11:43     Dünyadan reaksiya     326

Hindistanda koronaya ibadət edilir.

Reaksiya.az xəbər verir ki, bu barədə “Hindistan Tayms” məlumat yayıb.

Hindistanın Uttar Pradeş əyalətində "Corona Mata" (Korona İlahəsi) adlı məbəd qurulub. Ətrafda yaşayan insanların verdiyi ianə ilə tikilən məbədə hər gün yüzlərlə insanın gəldiyi bildirilib.

Kənd sakinləri ilahənin dünyanın hər yerindəki ölümlərə son qoyaraq milyonlarla insanın həyatını xilas edə biləcəyinə inanırlar.

Bənzər məbədlər ölkənin digər bölgələrində də tikilib.

Reaksiya.az

Şərhlər