Bayden: Rusiya çarəsizcə dünya gücü olaraq qalmaq istəyir

17.06.2021 10:38     Dünyadan reaksiya     372

Rusiya hazırda çox çətin vəziyyətdədir.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Cenevrəni tərk etməzdən öncə söyləyib. Onun sözlərinə görə, Rusiya var gücüylə böyük dövlət statusunu saxlamağa çalışır. O, son 3-5 il ərzində böyük ölkələrin özlərinə dünyada liderliklərini saxlamaqla bağlı sual verməyə başladığını bildirib. Bayden ABŞ-ın da bunu etdiyini bildirib:

“Rusiya hazırda çox çətin vəziyyətdədir. Onlara Çin təzyiq edir. Onlar çarəsizcə dünya gücü olaraq qalmaq istəyirlər”.

Reaksiya.az

Şərhlər