Türkiyə Rusiya ilə birgə raket hazırlaya bilər

17.06.2021 13:36     Dünyadan reaksiya     374

Türkiyə özünün orta sinif raketlərinin yaradılması və işlənməsində Rusiyaya potensial tərəfdaş kimi baxır.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Milli Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.

“Biz hələlik belə raketləri təkbaşına yaradacaq səviyyədə deyilik. Biz, əlbəttə, bunun üzərində çalışırıq, amma hələlik bizə beynəlxalq kooperasiya lazımdır. Bu planda Rusiya yaxşı tərəfdaş ola bilər. Danışıqların gedişində bunu da müzakirə edəcəyik. Yükgötürmə qabiliyyəti 2-4 ton və start kütləsi 300 ton olan raket Türkiyəyə lazımdır ki, onu ekvatorial ölkələrdən birində tikiləcək kosmodromdan buraxa bilək”, – deyə o bildirib.

O, hazırda kosmodromun tikilməsinə razılıq verə biləcək ölkələrlə danışıqların aparıldığını bildirib.

Yıldırım Türkiyənin özünün raket hazırlamaq üçün texnologiyalara 2029-cu ildə sahib olacağını deyib.

Reaksiya.az

Şərhlər