Nikolun qələbəsini Moskva tanıyacaq? - Kalaşnikov

21.06.2021 12:47     Dünyadan reaksiya     388

Paşinyanın parlament seçkisində qalibiyyəti İrəvan və Moskvanın münasibətlərində minimal dəyişikliklərə gətirib çıxaracaq.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Dumasının MDB İşləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Paşinyanın partiyasının seçkidə qələbəsi Ermənistanla münasibətlərimizə ən kiçik formada təsir edəcək. Ona görə ki, bu münasibətlər artıq sınaqdan keçirilib və Qarabağın nizamanlanmasına dair üçtərəfli razılaşma ilə möhkəmləndirilib.

Köçəryanın köhnə tərəfdaşımız olmasına rəğmən, əgər parlamentdə böyük çoxluğu onun bloku tutsaydı, bu, əlavə turbulentlik yaradardı. Bunu hər kəs başa düşürdi. Ona görə də düşünürəm ki, Moskva seçkiləri tanıyacaq”, – deyə o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar