Paşinyana ilk təbrik ABŞ-dan gəldi

22.06.2021 12:03     Dünyadan reaksiya     333

ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı erməni xalqını təbrik edib.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin saytında yerləşdirilib.

Departamentin rəsmi nümayəndəsi Ned Prays hər kəsi seçkinin nəticələrinə hörmətlə yanaşmağa da çağırıb.

Vaşinqton ATƏT-in müşahidə missiyasının seçki ilə bağlı rəyini müsbət qiymətləndirib.

Reaksiya.az

Şərhlər