Belarus helikopteri təcili qəza enişi etdi

28.06.2021 10:41     Dünyadan reaksiya     391

Belarusun Luninetsk rayonunda Fövqəladə Hallar Nazirliyinin helikopteri təcili qəza enişi edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Belarus FHN-i məlumat yayıb.

Bildirilib ki, rayonunun Çerebasovo kəndi yaxınlığındakı meşələrin hava patrulu zamanı Belarus Fövqəladə Hallar Nazirliyinin Mİ-2 helikopteri qəza enişi edib. Təyyarənin komandiri və pilot-müşahidəçi helikopteri tərk ediblər.

Qəzanın səbəbi xüsusi komissiya tərəfindən araşdırılır.

Reaksiya.az

Şərhlər