Yunanıstandan BİABIRÇI ADDIM: 42 nəfəri çılpaq şəkildə...

29.06.2021 14:47     Dünyadan reaksiya     430

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan təhlükəsizlik orqanlarının 42 miqrantı soyunduraraq çılpaq vəziyyətdə qardaş ölkəyə göndərdiyini açıqlayıb.

Türkiyədən qaçaq yolla Yunanıstana daxil olmaq istəyən 42 miqrantdan 12-si tam çılpaq vəziyyətdə olub. Türkiyə tərəfi onları Ədirnə ərazisində qarşılayıb. Həmin miqrantların insani ehtiyaclarını qarşılamaq üçün Ədirnə valiliyinin sərhəd-nəzarət nöqtəsinə keçidinə icazə verib.

 

Miqrantlar Yunanıstan hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqlarını iddia ediblər. Mənsubiyyəti açıqlanmayan miqrantlar Ədirnə Jandarma Təşkilatına təhvil verilib.

Reaksiya.az

Şərhlər