İsrail yeni raketini təqdim etdi

30.06.2021 10:53     Dünyadan reaksiya     367

İsrailin “Rafael” konserni “Sea Breaker” adlı yeni qanadlı raket hazırlayıb.

Reaksiya.az xəbər verir ki, raket 300 kilometrə qədər olan məsafədəki hədəfləri məhv edir.

Onun döyüş başlığının çəkisi 110 kq-dır. Raket təkcə dəniz hədəflərini yox, həmçinin qurudakı hədəfləri vurmağa qadirdir.

Hərəkətinə GPS və digər elektron müharibə vasitələri təsir etmir.

“Sea Breaker”in həmçinin süni intellektlə təchiz edildiyi və bunun sayəsində uçuş zamanı hədəfin ətrafını dəqiq analiz edib, zərbə endirdiyi bildirilib.

Reaksiya.az

Şərhlər