Əfqanıstanda müharibə başlaya bilər - ABŞ generalı

30.06.2021 14:32     Dünyadan reaksiya     346

Xarici hərbi qüvvələrin geri çəkilməsi ilə Əfqanıstanda vətəndaş müharibəsi başlaya bilər.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı, general Skott Miller deyib.

“Hazırda ölkədə təhlükəsizlik vəziyyəti yaxşı deyil. Mövcud tendensiya davam edərsə, vətəndaş müharibəsinin qaçılmaz olacağını deyə bilərik. Bu, dünyanı narahat etməlidir. Əgər şiddəti azaltmasanız, siyasi həll getdikcə çətinləşəcək”, - deyə general bildirib.

Reaksiya.az

Şərhlər