Türkiyədə yumşalma başladı: Nələrə icazə verildi?

01.07.2021 11:23     Dünyadan reaksiya     320

Bu gündən etibarən Türkiyədə koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimində yumşalmalar qüvvəyə minib.

Reaksiya.az xəbər verir ki, artıq küçəyə çıxma və şəhərlərarası səyahət qadağası bitir.

Eyni zamanda, bütün iş yerləri və kinoteatrlar açılır. Restoran-kafelərdə müştəri sayında məhdudiyyət ləğv olunur. Nikah, toy, nişan, sünnət, xına kimi mərasimlərin keçirilməsinə icazə verilir.

Həmçinin konsert, festival və s. tədbirlərinin keçirilməsi qadağası aradan qaldırılır. Canlı musiqi tədbirləri 00:00-a qədər davam edə bilər. Parklar və piknik yerləri də açılacaq.

Reaksiya.az

Şərhlər