İsveçrə ABŞ-dan 36 F-35 alır

02.07.2021 11:02     Dünyadan reaksiya     414

İsveçrə hökumət ABŞ-dan F-35 Lightning II beşinci nəsil təyyarələrini alacaq.

Reaksiya.az xəbər verir ki, bu məlumatı Amerikanın “Lokhid Martin” korporasiyası yayıb.

“Biz İsveçrənin bizim məhsulu seçməsinə şadıq. Beləliklə, İsveçrə F-35 proqramında iştirak edəcək 15-ci ölkə olacaq”, – deyə korporasiya bildirib.

İsveçrənin “Lokhid Martin”lə kontraktının 5,5 milyard dollar dəyərində olacağı vurğulanıb. Ümumilikdə Bernə 36 təyyarə veriləcəyi qeyd edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar