ABŞ 9 min əfqanı Türküstana yerləşdirmək istəyir

02.07.2021 16:13     Dünyadan reaksiya     430

ABŞ Tacikistan, Qazaxıstan və Özbəkistandan amerikalılara kömək edən Əfqanıstan sakinlərinə müvəqqəti sığınacaq verilməsini xahiş edib.

Reaksiya.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkələri razılıq verəcəyi halda onların ərazisində 9 min əfqan yerləşdiriləcək.

Agentlik Vaşinqtonun, həmçinin Tacikistan və Özbəkistan ərazisindən Əfqanıstanda kəşfiyyat əməliyyatları aparmaq üçün istifadə etməyi müzakirə etdiyini bildirib. Hazırda ölkələrin müvafiq razılaşmanın detallarını müzakirə etdiyi vurğulanıb.

Reaksiya.az

Şərhlər