KTMT Bakıya qarşı çıxmayacaq - İrəvandan baxış

05.07.2021 17:14     Dünyadan reaksiya     351

KTMT-nin Azərbaycan üçün xoşagəlməz bir şey etmək istəmədiyinin Ermənistan artıq neçənci dəfədir ki, şahidi olur.

Reaksiya.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Razmik Akopcanyan çıxış edib.

“KTMT-də hesab edirlər ki, Azərbaycanla yeni sərhədin yaradılması ilə əlaqədar Ermənistanın cənubunda vəziyyətin gərginləşməsi sadəcə bir sərhəd insidentidir və təşkilatın kollektiv müdafiə haqqında Nizamnaməsinin müddəalarına uyğun gəlmir”, - Akopcanyan qeyd edib.

Erməni politoloqun iddiasına görə, guya Ermənistan ərazisində “minlərlə Azərbaycan əsgəri var” və Bakı ilk növbədə, KTMT-nin mövqeyini bildiyinə görə heç yerə tərpənməyəcəyini bildirir:

“Artıq bizim də bunları dərk etməyimizin vaxtı gəlib çatdı:

1. KTMT Ermənistanın maraqlarının qorunması baxımından faydasız bir təşkilatdır.

2. Bu təşkilatdan çıxmaq lazımıdır.

Lakin bunu etmək üçün siyasi cəsarət lazımdır. Bu cəsarət isə bizdə yoxdur”.

 

Şərhlər