Haiti prezidenti evində öldürüldü

07.07.2021 14:33     Dünyadan reaksiya     363

Haiti Prezidenti Jovenel Moiz gecə saatlarında naməlum şəxslər tərəfindən öz evində qətlə yetirilib.

Reaksiya.az xəbər verir ki, bu məlumatı ölkə prezidentinin mətbuat xidməti yayıb.

Həmçinin Moizin həyat yoldaşı yaralanıb. Hücum edən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, J.Moiz 53 yaşında olub. O, 2017-ci ildən prezident vəzifəsini icra edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar