ABŞ və Türkiyə qırıcıları Polşa səmasında

08.07.2021 12:02     Dünyadan reaksiya     381

ABŞ və Türkiyənin hərbi təyyarələri Polşa və İslandiya səmasında patrul uçuşu həyata keçirəcək.

Reaksiya.az xəbər verir ki, bu açıqlama ilə NATO rəsmisi Oana Lunqesku çıxış edib.

"Hava polisi gün boyu səmalarımızı təhlükəsiz saxlamağımıza kömək edir. Bu, NATO-nun bütün müttəfiqlərini qorumaq qabiliyyətini və qətiyyətini nümayiş etdirən ittifaq həmrəyliyinin bariz nümunəsidir", - Lunqesku vurğulayıb.

Qeyd edək ki, Türkiyənin 4 F-16 hərbi təyyarəsi sentyabr ayına qədər sözügedən ölkələrdə qalacaq. ABŞ-ın 4 F-15 qırıcısı isə ötən gün İslandiya paytaxtına eniş edib.

Reaksiya.az

Şərhlər