Haiti Prezidentinin qətlində kolumbiyalı hərbçilər iştirak edib

09.07.2021 09:32     Dünyadan reaksiya     89

“İlkin məlumatlara görə, Haiti Prezidentinin qətlə yetirilməsində əli olan kolumbiyalılar təqaüdə çıxmış hərbçilərdir”.

Reaksiya.az “İnterfaks”a istinadən xəbər verir ki, bu fikirləri Kolumbiyanın müdafiə naziri Dieqo Molano deyib. O bildirib ki, Kolumbiya da istintaqda iştirak edəcək.

Belə məlum olub ki, Haiti Prezidentinin qətlə yetirilməsində iştirak etmiş silahlı muzdlu dəstə 26 kolumbiyalıdan və Haiti əsilli 2 amerikalıdan ibarət olub.

 

Ölkənin təhlükəsizlik qüvvələri muzdlu döyüşçülərin paytaxtın kənar ərazilərində bir evdə gizləndiklərini təyin edə bilib. Onları zərərsizləşdirmək məqsədilə atışmalar gecəyə qədər davam edib. Cümə axşamı günü təqsirli bilinən şəxslərdən bir neçəsini saxlamaq mümkün olub.

Haitinin Milli Polisinin rəisi Leon Şarl mətbuat konfransı zamanı bildirib ki, 15 kolumbiyalı və 2 amerikalı saxlanılıb. Bununla belə, 3 muzdlu zərərsizləşdirilib. Onlardan 8-i qaça bilib.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Jovenel Moizin iqamətgahına hücum edilib. Basqın nəticəsində Jovenel Moiz və həyat yoldaşı Martin Moiz ölümcül yaralanıb. Martin Moiz ilk başda yaralı olsa da, daha sonra o da xəstəxanada dünyasını dəyişib.

Prezidentin ölümündən sonra ölkədə 15 günlük matəm elan olunub.

Reaksiya.az

Şərhlər