ABŞ Moskvaya 20 dəqiqəyə çatan raketinin sınağını keçirdi

09.07.2021 11:39     Dünyadan reaksiya     191

ABŞ Hərbi Hava Qüvvələri “AGM-183A Air-Launched Rapid Response Weapon” hipersionik raketlərinin sınağını keçirib.

Reaksiya.az xəbər verir ki, bu məlumatı “The Drive” qəzeti yayıb. Raketin uğurla sınaqdan keçirildiyi bildirilib.

Qeyd edək ki, bu raketlər ABŞ-ın ən güclü silahlarından sayılır. O, ABŞ-dan Moskvaya 20 dəqiqəyə çata bilər.

Reaksiya.az

Şərhlər