Rusiya-NATO savaşı başlaya bilər - Bolqar general

09.07.2021 11:44     Dünyadan reaksiya     411

Qara dənizdə baş verənlər SSRİ ilə Almaniya arasında Böyük Vətən üharibəsi öncəsində yaşananlara bənzəyir.

Reaksiya.az xəbər verir ki, bunu bolqar general Valentin Çankov deyib.

O, Rusiya ilə NATO arasında hərbi toqquşma riskinin olduğunu bildirib:

“Qara dəniz Rusiya və NATO qoşunları arasında birbaşa kontakt yeridir. Burada mütəmadi olaraq təlimlər keçirilir ki, bu da tərəflərə real hərbi fəaliyyətlərə hazırlıq imkanı versin”.

Çankov, həmçinin Rusiyanın Qara dəniz regionunda hələ də dominantlıq etdiyini söyləyib

Reaksiya.az

Şərhlər