Kiyevdən qəti mövqe: Rus layihəsi tamamlanmayacaq

09.07.2021 11:47     Dünyadan reaksiya     386

Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya gedən Şimal Axını-2 qaz kəməri tamamlanmayacaq.

Reaksiya.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.

"Şimal Axını-2 layihəsinin tamamlanacağı ilə bağlı iddialar səsləndirilir. Fikrimcə, bu cür iddialar üçün heç bir əsas yoxdur.

Bu, qeyri-iqtisadi bir layihədir. Təbii ki, Ukrayna zərər görəcək, çünki qaz tranziti həcmi əhəmiyyətli dərəcədə azalacaq, lakin təhlükəsizlik üçün Rusiyanın Avropada artan nüfuzu barədə daha geniş danışmalıyıq. Çox şey AB-dəki tərəfdaşlarımızdan asılıdır", - Şmıqal qeyd edib.

Reaksiya.az

Şərhlər