ABŞ-da isti hava səbəbindən ölənlərin sayı 200-ə çatdı

09.07.2021 14:04     Dünyadan reaksiya     409

ABŞ-ın şimal-qərbində həddən artıq isti hava səbəbindən ölənlərin sayı bir həftədə 200 nəfərə çatıb.

Reaksiya.az xəbər verir ki, səhiyyə rəsmiləri Oreqonda 116, Vaşinqtonda isə 78 nəfərin öldüyünü açıqlayıblar.

Qeyd edək ki, ötən ilin yay aylarında Vaşinqtonda isti hava səbəbindən yeddi nəfər ölmüşdü.

Reaksiya.az

Şərhlər