Hindistanda ildırım 49 nəfəri öldürdü

12.07.2021 13:48     Dünyadan reaksiya     187

Hindistanın şimalında Uttar Pradeş və Racastxan əyalətlərində şimşək vurması nəticəsində 49 nəfər ölüb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Tayms of İndia” qəzeti məlumat yayıb.

Məlumata görə, Uttar Pradeşdə 30, Racastxanda isə 19 nəfər ildırım vurmasının qurbanı olub.

Hindistan Baş naziri Narendra Modi Tvitterdə qurbanların yaxınlarına və yaralananlara maddi yardım veriləcəyini bildirib.

Reaksiya.az

Şərhlər