ABŞ F-16-ları Bolqarıstana göndərdi

12.07.2021 17:46     Dünyadan reaksiya     416

ABŞ-ın 8 F-16 “Fighting Falcon” qırıcısı “Thracian Star 21” təlimlərində iştirak etmək üçün Bolqarıstanın Qraf İqnatievo bazasına gəlib.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı bu barədə məlumat yayıb.

Qeyd edək ki, F-16 qırıcılarının daimi dislokasiya yeri İtaliyanın “Aviano” bazasıdır.

Reaksiya.az

Şərhlər