Sülhməramlılar yenə ermənilər üçün aksiya keçirdi

13.07.2021 10:59     Dünyadan reaksiya     412

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlılarının xüsusi təyinatlı hərbi həkimləri Ağdərə rayonunun Vəngli kəndində humanitar-tibbi aksiya təşkil ediblər.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sülhməramlılar Rusiya QHT-lərinin göndərdiyi 2 ton tibbi yardımı paylayıblar.

“Həm də sakinlərə ərzaq dəstləri, gündəlik ehtiyaclar, isti paltar və uşaq oyuncaqları verilib. Ümumilikdə, humanitar aksiya zamanı dörd tondan çox yük paylanıb”, - məlumatda bildirilib.

Reaksiya.az

Şərhlər