“Müharibə belədir – ya sən, ya da səni...” - İqor Korotçenko kimi ermənilərin düşməni sayır?..

13.07.2021 13:21     Dünyadan reaksiya     394

Bəzi erməni oxucuları yazırlar ki, mənim Ermənistana münasibətim pisdi - əslində qərbmeylli erməni elitasına və millətçi erməni diasporasına neqativ yanaşıram – onlar ermənilərin düşmənidir, erməni xalqına isə münasibətim tamamilə normaldı”.

Bunu hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko dünən sosial şəbəkədəki səhifəsində açıqlayıb.

O daha sonra bildirib: “Bundan əlavə, mən Ermənistan Milli Təhlükəsizlik Xidmətini (MTX) müxalif hücumlardan açıq-aşkar müdafiə edirdim. Çünki xüsusi xidmət qüvvələri istənilən ölkənin normal funksiyalaşdırılmasında vacibdir.

Heç bir şərhimdə döyüşən və həlak olan erməni əsgərlərini təhqir edib, gülüş hədəfinə çevirməmişəm. Müharibə belədi – ya sən, ya da səni...

Amma mən həmişə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxış etmişəm və edirəm. Hətta Putin də bu mövqedən çıxış edir! Çünki Qarabağ – Azərbaycandır!

Ermənistana isə Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağı və beynəlxalq hüquqla tanınan sərhədləri daxilində inkişaf arzulayıram. İstənilən halda, sülh müharibədən yaxşıdır”.

Reaksiya.az

Şərhlər