Rusiya Talibanla niyə əlaqə qurduğunu açıqladı

14.07.2021 12:56     Dünyadan reaksiya     383

Moskva taliblərlə zərurət ucbatında əlaqə qurur, onlara regiondakı vəziyyətlə bağlı mövqeyini çatdırır.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

Onun sözlərinə görə, Moskva bir neçə il əvvəl ABŞ qoşunlarının çıxarılması fonunda Əfqanıstanda vəziyyətin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

O, Rusiyanın Talibanla 7 il əvvəl əlaqə qurmağa başladığını bildirib.

Reaksiya.az

Şərhlər