Gürcüstanda 4 kanal fəaliyyətini 24 saatlıq dayandırdı

14.07.2021 12:59     Dünyadan reaksiya     538

Gürcüstanın “Mtavari arxi”, “Pirveli”, “Formula” və “Kavkaziya” telekanalları yayımı bir sutkalıq dayandırıblar.

Reaksiya.az xəbər verir ki, bu məlumat “Mtavari arxi”nin bəyanatında yer alıb.

TV-lər Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin istefaya getməsini tələb ediblər.

Bu gün səhər saatlarından etibarən televiziyalar yalnız qara fonda hücuma məruz qalmış 53 jurnalistin adını və soyadını yayımlayırlar.

Reaksiya.az

Şərhlər