Təl-Əvivdə BƏƏ səfirliyi açıldı

14.07.2021 14:51     Dünyadan reaksiya     584

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsrailin paytaxtı Təl-Əvivdə səfirliyi açılıb.

Reaksiya.az xəbər verir ki, açılış mərasimində İsrailin Prezidenti İshak Hersoq iştirak edib.

İsrail prezidenti səfirliyin açılmasının yalnız BƏƏ-İsrail münasibətləri üçün deyil, bütün Yaxın Şərq üçün önəmli addım olduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə İsrail səfirliyi açılmışdı.

Reaksiya.az

Şərhlər