Kreml Paşinyanın təklifini cavabsız qoydu

29.07.2021 15:42     Dünyadan reaksiya     752

İrəvan və Bakı ilə razılaşmaların reallaşdırılması üçün kontaktlar aparılır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlər Paşinyanın Rusiya qoşunlarının sərhədə yeridilməsi təklifinə münasibət rica etsələr də, mətbuat katibi deyib ki, əlavə edəcək heç bir sözü yoxdur.

Qeyd edək ki, bundan öncə Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsini təklif edib.

Reaksiya.az

Şərhlər