Rusiyaya qarşı müharibəyə getməliyik - Safrastyan

09.08.2021 13:35     Dünyadan reaksiya     606

“Ermənistan Rusiyaya qarşı çıxmalıdır. Əgər ehtiyac olarsa, Ermənistan bu ölkəyə qarşı müharibəyə də getməlidir”.

Bu fikirləri erməni politoloq Ruben Safrastyan bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan Rusiyanın hərbi müdaxilə riski olsa belə, bütün kommunikasiya layihələrindən tamamilə imtina etməlidir:

“Ermənistan tərəfi Moskvanın şərtlərinə tabe olmamaq üçün əlindən gələni etməlidir, bütün vasitələrlə ona müqavimət göstərməlidir. İrəvan digər müttəfiqlərini cəlb etmək yolu ilə Rusiyaya qarşı mübarizə aparmalıdır. Müttəfiqlərin köməyi ilə biz Rusiyaya qarşı gedə bilərik”./unikal.org/

Şərhlər