Türkiyədən şad xəbər: Bütün böyük yanğınlar söndürüldü

12.08.2021 12:47     Dünyadan reaksiya     1195

28 iyulda başlayan, 15 gün davam edən və tariximizdə gördüyümüz ən böyük meşə yanğınlarını yaşadığımız bu prosesdə meşə qəhrəmanlarının böyük fədakarlığı ilə yanğınları nəzarət altına aldıq.

Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli Tvitter hesabında yazıb.

“Beləliklə, ölkəmizdəki bütün böyük yanğınları söndürdük. Başda cənab prezidentimiz olmaqla, bizə dəstəyini əsirgəməyən ölkələrə, ictimai təşkilatlara təşəkkür edirik”, - deyə Pakdəmirli bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar