Putinlə Ərdoğan Əfqanıstanı müzakirə etdilər - Hər iki lider narahatdır

23.08.2021 13:10     Dünyadan reaksiya     607

Rusiya və Türkiyə prezidentləri Əfqanıstandakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Onlar Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər. Putin Əfqanıstandakı son vəziyyəti qiymətləndirərək Talibanınyaratdığı mühacir dalğasına görə narahatlığını ifadə edib. Həmçinin Putin Əfqanıstandakı vəziyyətin Rusiyanın təhlükəsizliyinə birbaşa təsir etdiyini də bildirib.

Əfqanıstanda baş verənlərə toxunan Türkiyə prezident Ərdoğan isə, uyğun şərtlərin yaranması şərtilə gələcəkdə Kabil hava limanının təhlükəsizliyi üçün Türk əsgərlərinin öz xidmətlərini davam etdirə biləcəklərini söyləyib. O, Türkiyənin bu addımının Əfqanıstan xalqı başda olmaqla bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmasında töhfə verəcəyini ifadə edib.

Əfqanıstanda problemsiz bir həyat istədiklərini bildirən Ərdoğan, Talibanın keçmiş səhvlərini təkrarlamamasının, bütün etnik qruplara qarşı anlayışla davranmasının və vədlərinin yerinə yetirilməsinin vacib olduğunu bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar