Əfqanıstan-Pakistan sərhədində partlayış: Hərbçilər həlak oldu

08.09.2021 14:14     Dünyadan reaksiya     382

Pakistanın Əfqanıstanla həmsərhəd Şimali Vəziristan bölgəsində ərazinin minalardan təmizlənməsi zamanı partlayış baş verib.

Nəticədə iki Pakistan əsgəri həlak olub.

Hadisədən sonra ərazidə antiterror əməliyyatı keçirilib və separatçı qruplardan birinin yaraqlısı öldürülüb.

Qeyd edilir ki, Əfqanıstanda “Taliban” tərəfindən hakimiyyətin ələ keçirilməsindən sonra yaraqlılar daha da fəallaşıb.

Reaksiya.az

Şərhlər